Press "Enter" to skip to content

Bullinqə qarşı mübarizə istiqamətində yeni layihə

Son yeniləmə: 17 İyun 2022 08:48

Bayraqdar.info – Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsi başlanır.

Bu barədə bayraqdar.info-ya “İrəli” İctimai Birliyindən bildirilib.

Qeyd edilib ki, layihə çərçivəsində qeydiyyat və müsahibə mərhələsini uğurla başa vurmuş 25 nəfər gənc bullinqlə mübarizə, fizioqnomika, şəxsiyyət kimi formalaşma, “təlimçilər üçün təlim”, “nifrət nitqinə yox” və digər mövzularda müxtəlif təlim sessiyalarına qatılacaqlar.

Həmçinin qeyd edilib ki, layihənin növbəti mərhələlərində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər: “Bullinq mövzusunun aktuallığını nəzərə alaraq, layihənin həyata keçirilməsi nəticəsində gənclər bu sahədə öz üzərində işləyərək təlimçi kimi formalaşacaq. “Stop or Stop it” layihəsinin əsas məqsədi Azərbaycanda gənclər arasında bullinqlə mübarizəni gücləndirmək, onun fəsadları haqqında maarifləndirmə aparmaq və gənclərdə özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır”.

Məlumata əsasən Layihədə iştirak etmək istəyən 16-29 yaş arasında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Mission News Theme by Compete Themes.