Bayraqdar.info – Bosniyalı gənclər üçün yeni imkan yaradılıb. Belə ki, Bosniya və Herseqovinanın Müdafiə Nazirliyi Türkiyədə Kara Harp Okulu, Hava Harp Okulu ve Gülhane Tıp fakültəsinə qəbul olmaq üçün bosniyalı gənclərdən sənəd qəbuluna başlayıb.
Balkan News xəbər verir ki, müraciətlər çərçivəsində Bosniya və Herseqovinadan Kara Harp Okuluna 14, Hava Harp Okuluna 6, Tıp fakültəsinə isə 2 gənc qəbul ediləcək.
5 ildən 7 ilə qədər olan təhsil müddətində bütün xərcləri Türkiyə ödəyəcək. Tələbələr məzun olduqdan sonra Bosniya və Herseqovina Silahlı Qüvvələrinin kiçik leytenantı kimi peşəkar karyeralarına başlayacaqlar.
Müraciətlər nazirliyin saytı vasitəsilə edilir.