Press "Enter" to skip to content

Vətənpərvərlikdən bəhs edən rəsm əsərləri

Son yeniləmə: 16 İyun 2022 17:56

İstedadlı rəssam Gülnarə Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi keçirilib

Bayraqdar.info – İyunun 15-də “Azərkitab” Kitab Mərkəzinin yeni formatda, yeni ünvanda açılışı mərasimi və istedadlı rəssam Gülnarə Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi keçirilib.

Bu barədə bayraqdar.info-ya layihə rəhbəri Elnurə İsgəndərova məlumat verib.

Millət vəkili Vüqar İskəndərov mərasimdə çıxış edərkən

Bildirilib ki, 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Mən fəxr ediəm ki, azərbaycanlıyam” adlı sərgidə rəssamın Qarabağ zəfərindən ilhamlanıb yaratdığı 44 əsəri sərgilənib: “Əsərlər yağlı boya və kətan üzərində işlənib. Vətənpərvərlikdən, Türkiyə-Azərbaycan qardaşlığından, həmçinin ölkəmizin əldə etdiyi uğurlardan bəhs edən rəsm əsərləri sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb”.

Türkiyə səfirliyinin mətbuat attaşesi Hüseyn Altunalan sıxış edərkən
Türkiyə səfirliyinin mətbuat attaşesi Hüseyn Altınalan çıxış edərkən

Məlumatda qeyd olunub ki, öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra sərgini giriş sözü ilə layihə rəhbəri E.İsgəndərova açıb: “Qonaqları Milli Qurtuluş Günü münasibəti ilə təbrik edən E.İsgəndərova həmçinin rəssam haqqında ətraflı məlumat verib.

Rəssam Gülnarə Məmmədova əsərini İkinci Qarabağ savaşında qəhrəmanlıqla şəhid olan Saleh Əliyevn rəsmini şəhidin anasına Solmaz Əliyevaya hədiyyə edir
Rəssam Gülnarə Məmmədova İkinci Qarabağ savaşında qəhrəmanlıqla şəhid olan Saleh Əliyevn rəsmini şəhidin anası Solmaz Əliyevaya hədiyyə edir

O deyib ki, G.Məmmədova şəhidlərimizin portretlərini çəkərək ailələrinə hədiyyə edib. Sonra çıxış edən millət vəkili Vüqar İskəndərov Milli Qurtuluş Gününün mahiyyətindən söz açıb. Deputat şəhidlərimizin portretlərinin çəkilib ailələrinə hədiyyə olunmasının rəssamlar tərəfindən gözəl təşəbbüs olduğunu bildirib. V.İskəndərov vətənpərvərliyi tərənnüm edən əsərlər yaratdığı və ilk fərdi yaradıcılıq sərgisi üçün Gülnarə xanımı təbrik edərək ona uğurlar arzulayıb”.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov çıxış edərkən
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov çıxış edərkən

Bildirilib ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Hüseyn Altınalan da çıxış edib: “O, çıxışında G.Məmmədovanın Qarabağ zəfərindən ilhamlanıb 44 rəsm əsəri çəkməsinin gözəl təşəbbüs olduğunu bildirib”.

Sərgi maraqla qarşılanıb

“Sərgidə həmçinin, Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov, Vətən Müharibəsi qazisi Çingiz Abdullayev, Qalera Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli, El ART Studiyanın rəhbəri Elnarə İsgəndərova, rəssamlardan Fərəh Babayeva, Səadət Cəfərova, Pərviz Mahmudov, Elçin Nəsirov çıxış edib. Çıxışçılar rəssama yeni-yeni uğurlar  arzulayıblar”, – deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.