Son yeniləmə: 16 İyun 2022 10:37
Bayraqdar.info – İsrail Dövlətinin Holon şəhərinin vitse-meri Mixail Sutovski Azərbaycana səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə ölkələr arasında biznes sahəsində əlaqələrin genişləndirilməsi, KOBİA-nın xarici iş adamlarına dəstəyi barədə məlumat verilib, hər iki ölkənin KOB-ları üçün birgə əməkdaşlıq platformasının yaradılması imkanları nəzərdən keçirilib.