Press "Enter" to skip to content

Təbrizdən hayqırış: “Azərbaycanın sərvətlərini talamağa son qoyun”

Təbrizdən görüntülər

Son yeniləmə: 16 İyun 2022 10:02

Bayraqdar.info – İyunun 14-də Güney Azərbaycanın Təbriz şəhərində milli fəallar İrandakı fars-molla rejiminin Güney Azərbaycana qarşı talançılıaq siyasətinə etiraz ediblər.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Bu məqsədlə Güneyli fəallar Təbrizdə yazılı vərəqələr yayaraq Azərbaycan sərvətlərinin İran rejimi tərəfindən talanmasına son qoyulmasını tələb ediblər.

Geniş şəkildə yayılan vərəqələrdə Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin “Hər gün Süngün mis mədənindən 50 milyard tümən dəyərində xammal Kerman vilayətinə daşınır. Bu sərvət əyalətimizdə qalarsa, bura cənnətə çevrilər” sözü öz əksini tapıb.

Vərəqələrdə keçmiş valinin sözünün ardınca yazılıb: “Bu söz Azərbaycan sərvətlərinin talanmasına bariz nümunədir. Talanan və məhv edilən yalnız dil və mədəniyyətimiz deyil. Bu haqq sözləri dilə gətirən bir çox mədəni fəallarımız bu gün zindanlardadır. Onları müdafiə etmək hamımızın borcudur”.

Şüarlarda deyilir ki, “Yatan millət çəkər zillət! Azərbaycan Milli Hərəkatı”

Mission News Theme by Compete Themes.