Press "Enter" to skip to content

“Sərhəd” hərbi-idman oyunları

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 16 İyun 2022 09:10

Bayraqdar.info – Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunları keçirilib.

Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu il ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak edib: “İlk iki mərhələnin yekunlarına görə 10 komanda iyun ayının 1-dən 10-dək final mərhələsində mübarizəni davam etdirib. Final mərhələsinin yekunlarına görə Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yeri tutublar”.

Mission News Theme by Compete Themes.