Press "Enter" to skip to content

Palata DSMF ilə əməkdaşlıq etmək istəyir

Son yeniləmə: 16 İyun 2022 12:18

Bayraqdar.info – “İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq etmək niyyətindədir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovla görüşdə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Prezidenti Aleks Kaplun bildirib.

DSMF-dən bayraqdar.info-ya iyunun 16-da bildirilib ki, A.Kaplun rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, Palata tərəfindən ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verib. O, sosial təminat sahəsində qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla Fondla əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Məlumata əsasən DSMF sədri H.Məmişov sosial təminat sahəsində Azərbaycanda aparılan son islahatlar, Fond tərəfindən son dövrlərdə həyata keçirilən işlər, əhaliyə göstərilən elektron xidmətlər, proaktiv pensiya təyinatı barədə məlumat verərək, prioritet hədəfləri diqqətə çatdırıb: “Görüşdə qurumlar arasında təcrübə və məlumat mübadiləsinin daha geniş müstəvidə təmin edilməsi, gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Birgə fəaliyyətin ölkə əhalisinin sosial rifahı, eləcə də İsrailin Azərbaycanda fəaliyyət göstərən şirkətləri üçün mühüm əhəmiyyətə malik olacağı qeyd edilib. Sosial təminat sahəsində Fond və Palata arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələləri geniş müzakirə olunub”.

Mission News Theme by Compete Themes.