Press "Enter" to skip to content

Mayda gündəlik xam neft hasilatının həcmi

Son yeniləmə: 16 İyun 2022 09:47

Bayraqdar.info – 2022-ci ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 679,9 min barrel olub. Bunun 571,3 min barrelini xam neft, 108,6 min barrelini isə kondensat təşkil edib.

Bu barədə bayraqdar.info-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 27-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barrel artırılaraq 688 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barrel həcmində olması nəzərdə tutulurdu.

Mission News Theme by Compete Themes.