Son yeniləmə: 16 İyun 2022 12:17
Bayraqdar.info – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkil etdiyi tədbirlər çərçivəsində Bakı şəhəri və müxtəlif bölgələrdə yerləşən orta məktəblərdə şagirdlərlə görüşlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hərbi xidmətə hazırlanması və milli-mənəvi dəyərlərin qorunub saxlanılması mövzularında məktəblilərlə söhbətlər aparılıb, onlara şəhidlərimizin həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib”.