Press "Enter" to skip to content

Bakı türk dünyası ilə bağlı daha bir tədbirə ev sahibliyi edir

Son yeniləmə: 17 İyun 2022 18:07

“Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu” keçiriləcək

Bayraqdar.info – Azərbaycan paytaxtı türk dünyası ilə bağlı daha bir tədbirə ev sahibliyi edir. Belə ki, iyunun Bakıda “Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu” keçiriləcək.

Bu barədə bayraqdar.info-ya tədbirin təşkilatçıalrından olan “Yeni Çağ” Media Qrupundan məlumat verilib.
Qeyd edilib ki, tədbir Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığının, həmçinin qardaş ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə baş tutacaq.

Məlumata əsasən 16-19 iyun tarixləri aralığında keçiriləcək Forumda Türkiyənin televiziya rəhbərləri, tanınmış jurnalistləri, köşə yazarları – “Ülke TV”nin rəhbəri Həsən Öztürk, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Türkiyə” qəzeti yazarı Rahmi Ər, “Yeni Akit” qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı, “KonTV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy iştirak edəcəklər.

Bildirilib ki, Forumun açılış mərasimi iyunun 17-də olacaq: “Açılış nitqi “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, AYD sədri Sinan Burhan, Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı və Türkiyə səfiri Cahit Bağçı tərəfindən ediləcək Forumda panel müzakirələri təşkil olunacaq. “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə mediasının rolu” adlı birinci paneldə Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında hər iki ölkə mediasının gördüyü işlər, “Türk dünyası media əməkdaşlığı axtarışları” başlıqlı ikinci paneldə isə türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə ediləcək”.

Onu da qeyd edək ki, Forum çərçivəsində “Şuşa ili”nə dəstək məqsədilə Şuşaya səfər təşkil ediləcək: “Səfərdə jurnalistlər Qarabağda aparılan quruculuq işlərilə tanış olacaq, onlara erməni vandalizmini yerindəcə görmə imkanı tanınacaqdır”.

Mission News Theme by Compete Themes.