Bayraqdar.info – Prezident İlham Əliyev iyunun 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Görüşdə Prezident Mərkəzin fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirilib.
“Paytaxtımızda keçiriləcək IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etdiyi qeyd olundu və Forumun beynəlxalq əməkdaşlığı genişləndirmək işinə töhfə verəcəyinə əminlik ifadə edildi”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, söhbət zamanı Mərkəzin dünyada nüfuzunun artdığı və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyi məmnunluqla qeyd olunub, iş birliyinin gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.