Press "Enter" to skip to content

İlham Əliyev ABŞ rəsmisi ilə mühüm müzakirə aparıb

Qəbuldan görüntü

Bayraqdar.info – İyunun 15-də Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

ABŞ Dövlət katibi Entoni Blinkenin salamlarını İ.Əliyevə çatdıran K.Donfridə cavab olaraq Azərbaycan Prezidenti onun da salamlarını Dövlət katibinə çatdırmağı xahiş edib.

“Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edildi, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirildi”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, İ.Əliyev Azərbaycanın Güney Qafqazı əməkdaşlıq regionu kimi görmək istədiyini deyib.

“Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunmuş məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğuladı. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.