Press "Enter" to skip to content

Xorvatiyadan 27 medal

Üzgüçülük üzrə Azərbaycanın milli komandası

Son yeniləmə: 14 İyun 2022 15:15

Bayraqdar.info – Üzgüçülük üzrə Azərbaycanın milli komandası “Golden Orlando” adlı beynəlxalq turnirdən Vətənə 27 medalla dönüb.

Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 11 nəfərlik heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşən Azərbaycan idmançıları yarışın birinci günündə 6 qızıl, 5 gümüş və 2 bürünc medala sahib olublar: “Beynəlxalq turnirin ikinci günü də milli komandamız üçün uğurlu olub. Belə ki, yarışlara qatılan idmançılarımız medallar uğrunda mübarizədə fərqlənməyi bacarıblar. Üzgüçülərimiz 1 qızıl, 6 gümüş, 6 bürünc olmaqla 13 medal qazanıblar. Beləliklə, milli komandamız Xorvatiyada 10-u qızıl, 10-ü gümüş, 7-si bürünc olmaqla, ümumilikdə 27 mükafat əldə edib”.

Qeyd edilib ki, turnir bitdikdən sonra komandanın bir qrup üzvü Vətənə dönüb və iyunun 17-19-da Bakıda keçiriləcək açıq yay çempionatına qatılacaq: “Digər iki üzgüçümüz – Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah isə baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında Macarıstanın Györ şəhərində yerli komanda ilə birgə təlim-məşq toplanışına qatılacaq. Toplaniş bitdikdən sonra hər iki üzgüçümüz iyunun 18-23-nə kimi Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər”.

One Comment

  1. Niyazi Niyazi 16 İyun 2022 00:10

    Aferin.

Comments are closed.

Mission News Theme by Compete Themes.