Press "Enter" to skip to content

Qabiliyyət imtahanları ilə bağlı təlim

Təlim zamanı

Son yeniləmə: 14 İyun 2022 08:51

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzində (DİM) bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanları ilə bağlı təlim keçirilib.

Bu barədə bayraqdar.info-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, təlimdə Mərkəzin Strateji inkişaf şöbəsinin böyük məsləhətçisi Elşən Rəhimli ixtisaslar və meyarlar, imtahanın strukturu və imtahan prosesi haqqında məlumat verib: “Təlimdə iştirak edən ekspertlər tərəfindən verilmiş suallar cavablandırılıb və imtahan zamanı yarana biləcək hallarla bağlı müzakirə aparılıb, eyni zamanda, ekspertlərin təqdim etdikləri təkliflər qeydə alınıb”.

Məlumata əsasən təlim zamanı DİM ilə Gənclər və İdman Nazirliyi arasındakı birgə əməkdaşlığa toxunulub: “Eləcə də bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanlarına dair görüləcək maarifləndirici tədbirlər barədə danışılıb. İmtahanların ən uğurlu beynəlxalq təcrübə əsasında, validliyin təmin edilərək keçirilməsi üçün əsas məqamlar vurğulanıb. Qeyd edək ki, təlimdə 38 ekspert, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndəsi iştirak edib”.

Mission News Theme by Compete Themes.