Press "Enter" to skip to content

Beş ayda beş beynəlxalq mükafat

Son yeniləmə: 14 İyun 2022 15:15

Bayraqdar.info – 2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin mərkəzlərində 262 min 581 şəxsə xidmət göstərilib.

Bu barədə bayraqdar.info-ya iyunun 14-də ƏƏSMN-dən məlumat verilib.

Qeyd edilib ki, 2019-cu ilin may ayından ölkədə 5 DOST mərkəzi açılıb və ötən dövrdə bu mərkəzlərdə 913 min 736 vətəndaşamüraciətləri üzrə xidmətlər göstərilib: “Xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərində olub”.

Məlumata əsasən son 5 ayda142-Çağrı mərkəzi tərəfindən isə 674 min 92 zəng cavablandırılıb: “Ötən ay Zəngilan rayonunun Ağalı kəndində ölkəmizdə ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Burada vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcək”.

O da vurğulanıb ki, bu il DOST Agentliyi 5 beynəlxalq mükafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib: “DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib. Agentlik bu il dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb”.

Mission News Theme by Compete Themes.