Bayraqdar.info – 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.
Bu barədə bayraqdar.info-ya iyunun 13-də Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkarlanaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.