Son yeniləmə: 13 İyun 2022 15:29
Bayraqdar.info – Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Londona səfər edib. Səfərdə məqsəd iyunun 14-də keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etməkdir.
Bu barədə bayraqdar.info-ya iyunun 13-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması planlaşdırılır.
Qeyd edilib ki, iki ölkə arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə ixracat naziri MikeFreerdir.