Press "Enter" to skip to content

Aqrar sahə ilə bağlı daha bir layihə

“Aqrar İxtisaslaşmış Hüquqşünaslar” layihəsinin açılış mərasimi

Son yeniləmə: 14 İyun 2022 16:34

Bayraqdar.info – Aqrar sahədə kadr potensialının tənzimlənməsi məqsədilə belə layihələrin həyata keçirilməsini təqdirəlayiq addımdır. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev “Aqrar İxtisaslaşmış Hüquqşünaslar” layihəsinin açılış mərasimində bildirib.

Qeyd edək ki, layihə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini – Elm, təhsil və insan resursları şöbəsinin müdiri Elvin Paşayev, Hüquq şöbəsinin müdiri Nicat Əfəndiyev və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev iştirak ediblər.

Bu barədə bayraqdar.info-ya iyunun 13-də Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, E.Paşayev iştirakçılara uğurlar arzulayıb: “O, eyni zamanda iştirakçılara aqrar sahədə hüquqi tənzimləmə mexanizminin vacibliyi, əmək bazarında bu ixtisasa olan tələbat barəsində ətraflı məlumat verib. Daha sonra Nicat Əfəndiyev çıxış edərək aqrar sahədə qəbul edilən normativ-hüquqi aktlar məlumat verib, iştirakçıların suallarını cavablandırıb”.
Məlumata əsasən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev təşkilatın fəaliyyəti haqqında məlumat verərək iştirakçılara uğurlar arzulayıb: “Qeyd edək ki, layihə iştirakçıları aqrar sahə üzrə fəaliyyət göstərən özəl və dövlət müəssisələrində təcrübə keçmək imkanı əldə edəcəklər”.

Mission News Theme by Compete Themes.