Son yeniləmə: 13 İyun 2022 14:33
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin ilin 5 ayı ərzində 32 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bu barədə bayraqdar.info-ya iyunun 13-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 14 min 756 şəxs münasib işlərlə təmin edilib: “4 min 697 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Həmçinin, Agentlik tərəfindən bu müddət ərzində 1 min 542 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb”.
Məlumata əsasən yanvar-may aylarında 10 min 984 şəxs isə peşəyönümlü tədbirlərə cəlb olunub.