Press "Enter" to skip to content

Fars-molla rejimi geri çəkilməli oldu – TÜRK ADI

Molla rejimi Türkay adını tanımalı oldu

Bayraqdar.info – Dəfələrlə xəbər verdiyimiz kimi, İranı idarə edən fars-molla rejimi türk balalarına türk adlarının verilməsini rəsmən yasaqlayır. Orta əsr xurafatından qurtula bilməyən rejim başçıları ölkədə uşaqlara daha çox fars və dini ərəb adlarının verilməsi üçün insanlara basqı yapır. Bu adların önündə Həsən, Hüseyn, Əli, Fatimə, Zeynəb və s. adlar gəlir. Əsli və soyu türk olanlar yeni doğulan körpələrinə türkcə ad qoymaq istəyəndə isə buna əngəl olunur.

Fars-molla rejimi daha bir körpəni adsız qoyub

Belə əngəllərdən birinə də daha bir ailənin körpəsi tuş gəlib. Yeni doğulan körpəsinə Türkay adı vermək istəyən ailə rədd cavabı alıb.

“Azad İran” Telegram kanalının verdiyi xəbərə görə, Təbriz şəhər Qeydiyyat İdarəsi övladına türkcə ad qoymaq istədiyi üçün dörd ay süründürməçiliyə məruz qalib. Lakin sonra rejim Güney Azərbaycandan olan bu ailənin Türkay adlı qızına doğum şəhadətnaməsi verməyə məcbur olub.

Belə bir halın olması sevindiricidir. Çünki insanlar öz milli kimliklərini gərək olduğunda bürokratik əngəlləri aşaraq sübut etməyə çalışır və buna nail olur. O baxımdan fars-molla rejiminin dirənişinin elə də uzun çəkməyəcəyi mütləqdir.

Mission News Theme by Compete Themes.