Press "Enter" to skip to content

Yevlaxda bir qrup qazi ilə görüş

Görüş zamanı

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Nazirliyin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində reabilitasiya keçən qazilərlə görüşüb.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, V.Behbudov Mərkəzin şəraiti və qazilərə göstərilən xidmətlərlə tanış olub: “Sədr şəhid ailələri və müharibə əlilləri ilə bağlı sosial dəstək tədbirlərini diqqətə çatdırıb. Bidirilib ki, postmüharibə dövründə 3 min 500, ümumilikdə ötən dövrdə 12 min 500-dən çox mənzil və ya fərdi evşəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Nazirlik tərəfindən ötən dövrdə 7 min 400 müharibə əlili isə avtomobillə təmin olunub”.

Görüşdə vurğulanıb ki, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1 min 400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri ilə təmin edilib: “Sonra sosial-psixoloji və tibbi-sosial reabilitasiyaya cəlb olunan müharibə əlillərinin Agentliyin fəaliyyət istiqamətlərinə aid müraciətləri də dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Görüşdə iştirak edən Vətən müharibəsi qaziləri onlara göstərilən dövlət qayğısından razı olduqlarını qeyd ediblər”.

Mission News Theme by Compete Themes.