Son yeniləmə: 11 İyun 2022 11:13
Bayraqdar.info – Konyanın Selçuklu Bələdiyyəsi vasitəsilə göndərilən məktəblilər Bosniya və Herseqovinaya yola düşüblər.
Balkan News xəbər verir ki, səfərdə Selçuklu Bələdiyyəsinin təşkil etdiyi Yunus Emre İnstitutunun həyata keçirdiyi “Tercihim Türkcə” layihəsi çərçivəsində türkcə öyrənən şagirdlər iştirak edir.
Selçuklu Bələdiyyəsinin başqanı Ahmet Pekyatırımcı sosial media hesabında bununla bağlı aşağıdakı paylaşımı edib: “Bu gün daha bir böyük layihəyə bismillah dedik. Bu səhər əcdadlarımızın yadigarları olan Bosniya və Herseqovina ilə bağlarımızı gücləndirməyə başladığımız “Selçukludan Saray Bosnaya Qardaşlıq Körpüsü” layihəmizin ilk sərnişinlərini yola saldıq”.
Bugün, büyük bir projeye daha bismillah dedik.
Ecdat yadigarı Bosna-Hersek ile gönül bağlarımızı kuvvetlendirmek adına başladığımız “Selçukludan Saraybosna’ya Kardeşlik Köprüsü” projemizin ilk yolcularını bu sabah gönderdik. 🇹🇷🇧🇦 pic.twitter.com/gtACJP4I3t
— Ahmet Pekyatırmacı (@a_pekyatirmaci) June 10, 2022
A.Pekyatımcı, “Layihə çərçivəsində Bosniya və Herseqovinadan olan uşaqlarımızı Konyamızda qonaq edəcəyik”, – deyə əlavə edib.
Onu da qeyd edək ki, artıq Bosniya və Herseqovinadan olan məktəblilər də Konyada hava limanında qarşıalnıb. Bələdiyyə başqanı bununla bağlı da paylaşım edib.
“Selçuklu’dan Saraybosna’ya Kardeşlik Köprüsü” projemiz kapsamında şehrimize gelen Boşnak öğrencilerimizi misafir ediyoruz.
Saraybosna’dan gelen öğrencilerimizi en güzel şekilde misafir ederek nesiller boyu devam edecek olan gönül bağlarımızı daha da pekiştireceğiz. 🇹🇷🇧🇦 pic.twitter.com/epkBppy6DJ
— Ahmet Pekyatırmacı (@a_pekyatirmaci) June 10, 2022