Press "Enter" to skip to content

Biznesin inkişafının dəstəklənməsinə dair müzakirə

Orxan Məmmədovun Kamola Mahmudova ilə görüşündən

Son yeniləmə: 11 İyun 2022 10:41

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ölkə nümayəndəliyinin rəhbəri Kamola Mahmudova ilə görüşüb.

Bu barədə bayarqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Agentlik və AYİB arasında texniki yardım layihəsi çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub və bu əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib: “Görüşdə rəqəmsal və yaşıl iqtisadiyyat, dövlət-özəl sektor tərəfdaşlığı sahələrində təşəbbüslərin dəstəklənməsi, KOB-ların maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi, AYİB-in müxtəlif proqram və layihələrində iştirak məsələlərinə dair fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.