Press "Enter" to skip to content

Beş ay ərzində reabilitasiya xidmətləri göstərilən şəxslərin sayı

Son yeniləmə: 11 İyun 2022 10:40

Bayraqdar.info – 2022-ci ilin yanvar-may aylarında əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib. Bu xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində həyata keçirilib.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.

Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 5 min 411 şəxsə 24 minə yaxın reabilitasiya vasitəsi verilib.

Mission News Theme by Compete Themes.