Press "Enter" to skip to content

Zərdab rayonu öndədir

Yaş barama tədarükü davam edir

Son yeniləmə: 10 İyun 2022 13:30

Bayraqdar.info – Azərbaycanda yaş barama tədarükü davam edir. İyunun 10-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib.

Bu barədə bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata əsaəsn ən çox barama tədarükü Zərdab rayonunda aparılıb: “Zərdab kümçüləri tədarük məntəqələrinə 48 ton 380 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (16 ton 963 kq), Balakən (14 ton 496 kq), Bərdə (9 ton 743 kq), Füzuli (9 ton 205 kq), Kürdəmir (6 ton 952 kq) rayonları öndə gedir”.

Qeyd edilib ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır: “2022-ci ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır”.

O da vurğulanıb ki, 2022-ci ildə dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11 min 130 qutu ipəkqurdu toxumu paylanıb: “Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır”.

Mission News Theme by Compete Themes.