Son yeniləmə: 10 İyun 2022 12:35
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 10 saylı Ərazi Vergilər İdarəsinin İsmayıllı rayonunda yerləşən vergiödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar iyunun 13-dən etibarən 15 gün müddətində müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Bu barədə bayraqdar.info-ya DVX-nin Media və Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd edilib ki, 10 saylı Ərazi Vergilər İdarəsində vergi uçotunda olan vergiödəyiciləri DVX-nin təqdim etdiyi üzbəüz xidmətlərdən yararlanmaq üçün Qəbələ rayonunda yerləşən vergiödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərlər: “DVX tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, e-xidmətlərdən faydalanmq, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni hər hansı xidmətin elektron analoqu olmadıqda müraciət etmək tövsiyə olunur”.