Press "Enter" to skip to content

Sosial ödənişlərdə artım dinamikası davam edir

Son yeniləmə: 10 İyun 2022 11:29

Bayraqdar.info – 2022-ci ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Bu barədə bayraqdar.info-ya iyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 2 milyard 717 milyon manat vəsait ödənilib: “Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 198 milyon manat çoxdur. Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib”.

Mission News Theme by Compete Themes.