Press "Enter" to skip to content

Psixoloqlar ilə təlim-metodiki toplantı

Təlim-metodiki toplantı zamanı

Bayraqdar.info – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin psixoloqları ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə bayraqdar.info-ya iyunun 10-da Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki. əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib: “Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov 2022-ci ilin cari dövrü ərzində psixoloji iş, hərbi intizamın möhkəmləndirilməsi və digər sahələrdə görülən işlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. General-mayor B.Orucov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən də danışaraq, bu Zəfərin qazanılmasında şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsinin, mənəvi-psixoloji hazırlığının və hərbi intizamının yüksək olmasının böyük rolu olduğunu qeyd edib”.

Məlumata əsasən, toplantıda çıxış edənlər Azərbaycan Ordusunda nizam-intizamın yüksəldilməsi və möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlardan, həmçinin bu sahədə psixoloqların üzərinə düşən vəzifələrdən danışıblar: “Şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, qələbə əzminin yüksəldilməsi məqsədilə milli mənəvi dəyərlərin aşılanmasının, tarixi şəxsiyyətlərin, sərkərdələrin keçdiyi döyüş yolunun təbliğinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri çıxış edərək mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində görülən işlər, ordunun döyüş qabiliyyətinə təsir edən bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər”.

Mission News Theme by Compete Themes.