Press "Enter" to skip to content

Məktəblilər üçün maarifləndirmə tədbiri

Maarifləndirmə tədbiri məktəblilər tərəfindən maraqla qarşılanıb

Son yeniləmə: 10 İyun 2022 17:14

Bayraqdar.info – Bakının Binəqədi rayonundakı Vüqar Əvəzov adına 300 nömrəli tam orta məktəbdə dəmiryol nəqliyyatında davranış qaydaları və təhlükəsizliyə dair maarifləndirmə tədbiri keçirilib. Tədbir “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bsş tutub.

Bu barədə bayraqdar.info-ya iyunun 10-da ADY-dən məlumat verilib.

Tədbirdə iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb

Məlumata əsaəsn dəmiryol əməkdaşları, məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə şagirdlərə dəmiryol xətlərində təhlükəsiz hərəkətə dair geniş məlumat verilib, videoçarx təqdim olunub: “Bildirilib ki, ADY dəmir yolu ərazisindən keçən şəxşlər üçün təhlükəsiz şərait təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bunun üçün yolötürücüləri, keçid körpüləri, tunellər, xəbərdaredici siqnalizasiya sistemi quraşdırılır və təhlükəli ərazilər çəpərlənir. Lakin bəzi hallarda vətəndaşlar qadağan olunmuş ərazilərdən dəmiryol xətlərini keçərək həyatlarını riskə atırlar. Bu kimi hadisələrin qarşısını almaq məqsədilə ADY maarifləndirmə tədbirlərini gücləndirib. Belə ki, qatarlarda cibliklərə təhlükəsizlik qaydalarına dair broşurlar yerləşdirilib, təhlükəsizlik qaydalarına dair illüstrasiyalı yeni kitabça çap olunub”.

Qeyd edilib ki, interaktiv formatda təşkil olunan tədbirdə iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb: “Sonda məktəb kitabxanasına dəmiryol nəqliyyatında davranış qaydaları və Azərbaycan Dəmir Yollarının tarixini özündə əks etdirən kitablar təqdim olunub. Maarifləndirmə tədbirlərinin dəmiryol xətlərinə yaxın ərazilərdə yerləşən digər məktəblərdə də təşkil edilməsi planlaşdırılır”.

Mission News Theme by Compete Themes.