Son yeniləmə: 10 İyun 2022 08:55
Bayraqdar.info – İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir və palatanın üzvləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə keçirilmiş görüşdə əməkdaşlığa, bu istiqamətdə hər iki qurumun birgə səylərinə dair fikir mübadiləsi aparılıb: “Qeyd olunub ki, KOB-ların dəstəklənməsi üzrə ən yaxşı təcrübənin öyrənilməsi və müvafiq qurumlarla əməkdaşlıq coğrafiyasının genişləndirilməsi KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindəndir. KOB sahəsində Pakistanla da əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”.
Həmçinin görüşdə bizneslər arasında əməkdaşlıq və birgə layihələrin icrası müzakirə edilib: “Qarşılıqlı işgüzar missiyaların həyata keçirilməsinin biznes qurumları arasında əməkdaşlıq üçün faydalı ola biləyi diqqətə çatdırılıb. Görüşdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti də iştirak ediblər”.