Press "Enter" to skip to content

Baş Assambleyanın prezidenti Azərbaycana gəlir

Abdulla Şahid

Son yeniləmə: 10 İyun 2022 10:20

Bayraqdar.info – BMT Baş Assambleyanın 76-cı sessiyasının prezidenti Abdulla Şahid iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər Azərbaycanın xarici işlər nazirinin dəvəti ilə baş tutacaq.

Bu barədə bayraqdar.info-ya iyunun 10-da BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçiliyindən məlumat verilib.

Bildirilib ki, qonaq iyunun 13-də prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək: “Baş Assambleya prezidentinin Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü gözlənilir. Elə həmin gün Abdulla Şahid ADA Universitetində gənclər və müəllimlərlə görüş keçirəcək”.
Qeyd edilib ki, Azərbaycana səfəri zamanı Baş Assambleya prezidenti rezident əlaqələndirici Vladanka Andreevanın rəhbərlik etdiyi BMT-nin Ölkə üzrə İdarə Heyətinin üzvləri ilə də görüşəcək: “Abdulla Şahidi Baş Assambleya Prezidenti Ofisinin (BAPO) dörd əməkdaşı müşayiət edəcək. Səfər xərclərini BAPO-nun Etimad Fondu və Azərbaycan Hökuməti qarşılayacaq”.

Mission News Theme by Compete Themes.