Son yeniləmə: 10 İyun 2022 10:05
Bayraqdar.info – 2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2 min 550 nəfər uğur qazanıb.
Bu barədə bayraqdar.info-ya iyunun 10-da qurumun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Bildirilib ki, bunlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində işə qəbul olunub. Eyni zamanda, 1 min 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.