Son yeniləmə: 9 İyun 2022 15:56
Bayraqdar.info – İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.
Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyənın Cümhurbaşqanı Recep Tayyip Erdoğan poliqona gəlib: “Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər”.