Press "Enter" to skip to content

Qardaş Qırğızıstandan iddialı layihə – VİDEO

Prezident Sadır Caparov düyməyə basır

Son yeniləmə: 9 İyun 2022 12:24

Bayraqdar.info – Qardaş Qırğızıstanda artıq bir müddətdir müşahidə edilən siyasi sabitlik ardınca iqtisadi dayanıqlılığı da gətirməkdədir. Ölkədə böyük maliyyə cəlb edən iri layihələrin icrası üçün əlverişli şəraitin yaradılması çox qısa bir müddət ərzində əhalinin sosial rifah halının ciddi şəkildə yüksələcəyindən xəbər verir. Bu isə o deməkdir ki, yeni iş yerləri, gəlir mənbələri açılacaq, insanların daha artıq qazanması və xərcləməsi üçün şərait yaranacaq.

Belə optimizmin daha da artmasına iyunun 8-də təməli atılmış yeni bir meqalayihə də rəvac verir. Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin bayraqdar.info-ya verdiyi xəbərə görə, Prezident Sadır Caparov Calalabad vilayətində Kambar Ata HES 1-in tikintisinin təməlatma törənində iştirak edib.

Dövlət başçısının düyməyə basmasıyla dağlarda baş verən partlayış bir növ qeyd olunan layihənin sözün həqiqi mənasında ölkə iqtisadiyyatına yaxşı mənada partlayış kimi səs gətirdiyini demək olar.

İlk partlayış və işlər başladı
İlk partlayış və işlər başladı

Kambar Ata 1-in tikilməsi üçün ilkin altyapı işlərinin görüldüyü də verilən xəbərlərdədir. Qeyd edilir ki, ilkin baza, yollar, karyerlər artıq hazırdır. Yeni qurulacaq HES həm də enerji exportu üçün nəzərdə tutulduğundan ölkəyə əlavə gəlir gətirəcək.

256 m hündürlüyündə bənd qurulacaq, illik 5,6 mlrd kvt saat enerji əldə ediləcək.

Təməlqoymada çıxış edən Prezident S.Caparov bildirib ki, Kambar Ata 1-in işə düşməsilə Qırğızıstan ildə 234 milyon ABŞ dolları xalis gəlir əldə edəcək.

Ümumilikdə layihənin ən geci 10 il ərzində tam başa çatdırılması nəzərdə tutulur. İlkin istismarın isə 4 il sonra başlaya biləcəyi proqnozlaşdırılır.

Mission News Theme by Compete Themes.