Press "Enter" to skip to content

Paytaxt müəllimlərinin uğuru

Son yeniləmə: 10 İyun 2022 09:47

Bayraqdar.info – Bu tədris ili Bakı məktəblərində çalışan təhsil işçiləri üçün də uğurlu olub. Belə ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 nəfər təhsil işçisi təltif edilib.

Bu barədə bayraqdar.info-ya iyunun 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, 2021-2022-ci tədris ilində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb: “Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub”.

Mission News Theme by Compete Themes.