Son yeniləmə: 9 İyun 2022 11:34
Bayraqdar.info – Xəbər verildiyi kimi, Güney Azərbaycanın Təbriz şəhəri başda olmaqla İranın bir sıra şəhərlərində təqaüdçülər iyunun 6-dan etibarən ardıcıl olaraq etiraz aksiyaları keçirirlər. Küçə yürüşləri şəklində başlayan nümayişlər daha sonra şəhər bələdiyyəsinin önündə davam edib.
Etirazlar iyunun 8-də Təbrizdə də davam edib. Şəhərdə baş tutan aksiya zamanı müxtəlif maraqlı şüarlar səsləndirilib. Narazı təqaüdçülər “And ola Səttarxana, biz gələrik Tehrana!”, “Daş başına, Rəisi!” kimi bir sıra şüarlar səsləndirərək ölkəni uçuruma yuvarlatmış fars-molla rejiminə etirazlarını bildiriblər.
Qeyd edək ki, xəbəri iyunun 9-da “Azad İran” Telegram kanalı yayıb.