Press "Enter" to skip to content

Göyçay və İsmayıllıda sahibkarlarla görüş

Sahibkarlarla görüş zamanı

Son yeniləmə: 9 İyun 2022 13:52

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlarla görüşlərini davam etdirir. Görüşlərdə məqsəd sahibkarlıq subyektlərinin fəaliyyəti ilə yerində tanış olmaq, bizneslərin inkişafı üçün ehtiyacların və qarşılaşdıqları çətinliklərin nə olduğunu öyrənməkdir.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, iyunun 8-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Göyçayda nar, xurma, çiyələk, üzüm və digər meyvə-tərəvəz istehsalı ilə məşğul olan biznes subyektləri ilə görüşüb. Görüş zamanı sahibkarlıq fəaliyyətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Məlumata əsasən, səfər çərçivəsində KOBİA nümayəndələri “Aznar” QSC-yə məxsus su, limonad, meyvə şirələri və mineral sular zavodunda istehsal prosesi ilə tanış olublar: “Eyni zamanda KOBİA nümayəndələri İsmayıllı rayonunda balıqçılıq və üzümçülük təsərrüfatlarında oublar, sahibkarlarla biznes fəaliyyətinin genişləndirilməsi və zəruri dəstək tədbirlərini müzakirə ediblər”.

Mission News Theme by Compete Themes.