Press "Enter" to skip to content

Daha 100 şəhid ailəsi və qazi üçün kiçik biznes

Şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək işləri davam edir

Son yeniləmə: 9 İyun 2022 14:54

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək işləri davam edir.

Bu barədə bayraqdar.info-ya iyunun 9-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramına bu ilin ötən dövründə 1351 şəhid ailəsi, qazi cəlb olunub: “Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar”.

Mission News Theme by Compete Themes.