Son yeniləmə: 9 İyun 2022 14:54
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək işləri davam edir.
Bu barədə bayraqdar.info-ya iyunun 9-da ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramına bu ilin ötən dövründə 1351 şəhid ailəsi, qazi cəlb olunub: “Proqram çərçivəsində mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar”.