Son yeniləmə: 10 İyun 2022 12:30
Bayraqdar.info – Şimali Karolina ştatının Roli şəhərində keçirilən beynəlxalq mədəniyyətlərarası festivalda ölkəmiziAzərbaycan Dostluq Təşkilatı təmsil edib.
Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, ABŞ-da yaşayan müxtəlif xalqların milli mədəniyyətlərinin, adət-ənənələrinin və mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda 26 ölkənin (ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Slovakiya, Suriya, Ukrayna, Vyetnam və digərləri) nümayəndələri iştirak edib: “Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Adika İqbal və digər icma fəallarımız yerli sakinlərə və qonaqlara ölkəmizin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat verib”.
Amerikalılarda böyük rəğbət doğuran Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, turizm potensialı və Azərbaycan mətbəxinin ləziz təamlarıilə yaşayışı mətbəximizə dair ingilis dilində kitablar, suvenirlər də nümayiş etdirilib.