Press "Enter" to skip to content

Sahibə Qafarova səfirlə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos ilə görüşüb

Son yeniləmə: 8 İyun 2022 17:39

Bayraqdar.info – İyunun 8-də Milli Məclisin sədri Sahibə Qafarova Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfiri Milli Məclisdə salamlamaqdan məmnunluq duyduğunu deyən Sahibə Qafarova Azərbaycanla Çili arasında diplomatik əlaqələrdən, münasibətlərimizin hazırkı vəziyyətindən danışıb: “Qeyd olunub ki, Azərbaycan və Çili ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Həmçinin bildirilib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvləridir və bu, əməkdaşlıq üçün vacib platformadır”.

Məlumata əsasən Milli Məclisin sədri deyib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir: “Sahibə Qafarova Çili Milli Konqresinin Senatında Azərbaycan parlamenti ilə dostluq qrupunun fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Yeni seçilmiş Deputatlar Palatasında da belə bir qrupun formalaşacağına İnamını ifadə edib”.

Parlamentin sədri qarşılıqlı təmasların, səfərlərin məlumatlılığın artırılması, xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından əhəmiyyətindən danışıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib: “Görüşdə 44 günlük Vətən müharibəsindən danışan Sahibə Qafarova Azərbaycanın sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə regionda yeni reallıqlar yaranıb. İnanırıq ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək və tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaqdır. Sülh sazişinin imzalanması bütün region ölkələrinin inkişafı baxımdan əhəmiyyətli olacaq”.

Çilinin ölkəmizdəki səfiri Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb: “O, bu baxımdan bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib. Səfir ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini diqqətə çatdırıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.