Press "Enter" to skip to content

KKTC-də sular durulmur

Meryem Özkurt

Son yeniləmə: 8 İyun 2022 09:42

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbəti narrahatlıq yaradan hadisə baş verib. Belə ki, KKTC-nin Bayrak Radyo Televizyon Kurumunun müdiri Meryem Çavuşoğlu Özkurt həbs edilib.

Buna səbəb isə güya 2020-ci ildə keçirilən prezident seçkiləri dönəmində BRT-nin seçki qanunu pozası göstərilib. Məhz buna görə də məhkəmə ona 2 ay 20 günlük həbs cəzası kəsib.

Məsələ burasındadır ki, həmin vaxt Türkiyə-KKTC su nəql xəttində aparılan təmir işlərindən sonra suyun yenidən bəndə axıdılması mərasimi keçirilib. BRT də digər televiziya kanalları kimi mərasimdən reportaj yayımlanıb.

Ancaq məhkəmə iddia edib ki, guya BRT seçki qanunu pozub.

Hökmün elanından sonra BRT-yə açıqlamasında Meryem Özkurt bunları deyib: “O gün yayımda KKTC siyasətçilərinin danışmayacağına razılaşdıq. Yalnız Türkiyədən olan siyasətçilərin danışacağına razılaşsaq da, təəssüf ki, KKTC siyasətçiləri bir-bir kürsüyə qalxaraq çıxışlar etdilər. BRT ilə yanaşı, SİM TV istisna olmaqla, bütün özəl kanallar və veb TV-lər bu yayımı verdi”.

Açıqlamasında bu cəzanı haqq etmədiyi deyən M.Özkurt “Mənə verilən bu cəzanı, atılan bu addımı həzm edə bilmirəm”, – deyə vurğulayıb.

O, siyasətçilərin məsələyə hansı münasibət göstərəcəklərini maraqla gözlədiyini də bildirib.

Bu arada Cümhurbaşqanı Ersin Tatar, həmçinin Baş nazir Ünal Üstel və hökumət ortaqları bu qərara sərt etiraz bildiriblər.

Görünən odur ki, hansısa qüvvələr KKTC-də suların durulmasını istəmir. Həmin qüvvələr bu dəfə də məhkəmə vasitəsilə gərginlik yaratmağa çalışırlar.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.