Son yeniləmə: 8 İyun 2022 17:33
Bayraqdar.info – İyunun 9-11-də 23 yaşadək qadın və kişi cüdoçular arasında Bakı çempionatı təşkil olunacaq.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarış ACF və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq: “Çempionatda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 369 (339 kişi, 30 qadın) idmançı gücünü sınayacaq. Yarışın qalibləri iyulun 12-14-də keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaqlar”.