Son yeniləmə: 8 İyun 2022 10:25
Bayraqdar.info – Fars-molla rejiminin idarə etdiyi İranın Ali Məhkəməsi Ərdəbil Apellyasiya Məhkəməsinin Güney Azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barədə çıxardığı hökmü ləğv etsə də birinci instansiya məhkəməsi tanınmış fəalın 8 il həbs və Yəzd şəhərində 2 il məcburi yaşamaq qərarını qüvvədə saxlayıb.
Abbas Lisaniyə məhkəmənin elektron sistemi vasitəsilə göndərilən məlumatda bildirilib ki, fəalın vəkilinin tələbi ilə Ali Məhkəmənin 1-ci şöbəsi işə yenidən baxıb və birinci instansiya məhkəməsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgün cəzasını qüvvədə saxlayıb.
İran Ali Məhkəməsinin 1-ci şöbəsi də Ərdəbil İnqilab Məhkəməsi kimi Abbas Lisaninin yaratdığı iddia edilən naməlum təşkilatın adını çəkməkdən yayınıb və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup və cəmiyyət yaratmaq və idarə etmək” ittihamı irəli sürməklə kifayətlənib.
Qeyd edək ki, xəbəri “Azad İran” Telegram kanalı yayıb.