Press "Enter" to skip to content

Turistlər üçün koronavirus məhdudiyyətləri aradan qaldırıldı

COVID-19 yoxlanışı

Son yeniləmə: 7 İyun 2022 15:01

Bayraqdar.info – Özbəkistana gələn turistlər üçün koronavirus pandemiyası ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılır.

Bu barədə Özbəkistan Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla bayraqdar.info-nun Orta Asiyadakı media tərəfdaşı Golden Bridge News xəbər verib.

Özbəkistan Xüsusi Komissiyasının qərarına əsasən, 2022-ci il iyunun 10-dan hava, torpaq və dəmir yolu vağzalları, sərhəd-keçid məntəqələri ilə ölkə ərazisinə turizm məqsədilə giriş üçün koronavirusla bağlı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaq.

Bununla əlaqədar olaraq xarici turistlərdən koronavirus üçün PCR testinin mənfi nəticəsi, koronavirus antigenləri üçün ekspress test və peyvənd sertifikatı və ya pasport təqdimatını tələb edən qaydalar ləğv olunur.

Komissiya Özbəkistanda koronavirusun yayılmasının dinamikasını, xəstəxanaya yerləşdirilən və evə buraxılan xəstələrin sayını, karantinə alınan vətəndaşların sayında müsbət dəyişikliyi, habelə ölkədəki epidemioloji vəziyyəti, ÜST, həmçinin Turizm və Mədəni İrs Nazirliyinin tövsiyələrini nəzərə alaraq qərar verib.

Mission News Theme by Compete Themes.