Press "Enter" to skip to content

Son 4 ildə müavinətlər üzrə ayrılan illik vəsait

Son yeniləmə: 7 İyun 2022 11:35

Bayraqdar.info – Son 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb.

Bu barədə bayraqdar.info-ya iyunun 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib: “Bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir. 2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb”.

Qeyd edilib ki, ünvanlı sosial yardımla üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.

Mission News Theme by Compete Themes.