Press "Enter" to skip to content

KOBİA-nın daha bir dəstək mexanizmi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şərq Bazarı” kompleksində yaradılan şəraitlə tanış olarkən 

Son yeniləmə: 7 İyun 2022 13:15

Bayraqdar.info – İyunun 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bərpa və yenidənqurmadan sonra açılışını etdiyi “Şərq Bazarı” kompleksində KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində mikro və kiçik sahibkarların məhsullarının satıldığı mağaza da fəaliyyətə başlayıb.

Bu barədə bayraqdar.info-ya iyunun 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Şərq Bazarı”nda sahibkarlarla görüşüb

Bildirilib ki, mağazada KOBİA-nın təmin etdiyi dəstək çərçivəsində 10 mikro və kiçik sahibkarlıq subyektinin məhsullarının satışı həyata keçirilir: “Burada qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri satılır”.

Məlumata əsasən iyunun 7-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış sahibkarlarla görüşüb. Görüşdə onların bizneslərinin inkişafı və dəstək mexanizmi ilə bağlı fikir mübadiləsi aparılıb: “Sahibkarlar dövlət dəstəyi üçün təşəkkür ediblər.Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində Bakının digər ticarət obyektlərində də bu cür satış yerlərinin təşkili nəzərdə tutulur və hazırda bu sahədə sahibkarlardan daxil olan müraciətlər dəyərləndirilir”.

Qeyd edilib ki, KOBİA-nın satışa və bazarlara çıxışa dəstək mexanizmlərindən yararlanmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri elektron qaydada KOBİA-ya müraciət edə bilərlər.

 

Mission News Theme by Compete Themes.