Press "Enter" to skip to content

Fars-molla rejimi Güneyli fəalı yenidən həbs etdi

Əkbər Hüseyni

Son yeniləmə: 7 İyun 2022 12:46

Bayraqdar.info – Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan fəal və bundan öncə həbsdə olan Əkbər Hüseyni iyunun 6-da İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən yenidən həbs olunub.

Hadisə şahidlərinin sözlərinə görə, Hüseyni saat 16 radələrində mağazadan çıxarkən ağ rəngli “Səmənd” markalı avtomobildə olan hökumət qüvvələri tərəfindən qandallanaraq naməlum yerə aparılıb.

Qeyd edək ki, 2022-ci il mayın 7-də Təbriz zindanından azadlığa buraxılan Ə.Hüseyni 4 yanvar 2021-ci ildə 2019-cu ildə İranda baş verən noyabr etirazları zamanı övladları öldürülən və həbs olunan anaların etiraz kampaniyasına dəstək verdiyi üçün həbs edilib. O, Şərqi Azərbaycan əyalətinin Hərbi Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkəyə qarşı müxalif qruplara üzv olmaq” ittihamına görə 9 ay, “hökumət əleyhinə təbliğat fəaliyyəti” ittihamına görə isə 4 ay həbs cəzasına məhkum olunub.

Məhkəmə 19 aprel 2021-ci il tarixdə Ə.Hüseyninin girov qarşılığında şərti azadlığa buraxılması barədə qərar çıxarsa da bu günədək o, qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Əlavə edək ki, xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Mission News Theme by Compete Themes.