Press "Enter" to skip to content

Cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı

Son yeniləmə: 7 İyun 2022 09:02

Bayraqdar.info – Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında 40-dan çox xarici idmançının iştirakı ilə təlim-məşq toplanışı başlayıb.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, iyunun 10-dək davam edəcək hazırlığa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto-Rikodan yüksək səviyyəli idmançılar qatılıblar: “Onların arasında 2022-ci ilin Avropa çempionları Bogdan Ladov (66 kq), Michael Korrel (100 kq), Jur Spijkers (+100 kq) və Panamerika çempionatının qalibi Adrian Gandia Gines də yer alıblar. Bu növ təlim-məşq toplanışlarının təşkilində əsas məqsəd idmançıların peşəkar bacarıqlarının artırılması, rəqabət səviyyələrinin təkmilləşdirilməsi ilə yanaşı, onların qarşıdakı iri miqyaslı beynəlxalq yarışlara hazırlanmasına dəstək göstərməkdir”.

Mission News Theme by Compete Themes.