Press "Enter" to skip to content

Bölgələrdə investisiya səyahətindən bəhs edilib

Qəbələdə keçirilən tədbirdən

Son yeniləmə: 7 İyun 2022 12:34

Bayraqdar.info – Biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarına dair maarifləndirməsi məqsədilə “İnvestisiya səyahəti” layihəsi davam edir. Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə “İnvestisiya səyahəti” çərşivəsində sahibkarlarla növbəti görüş Qəbələdə keçirilib.

Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş görüşdə kapital bazarının mütəxəssisləri tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmə və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumat verilib: “Həmçinin kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılıb.

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcəkdir”.

Mission News Theme by Compete Themes.